Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxıb. Futbolpress.az xəbər verir ki, o, XI turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsiylə başa çatıb. Abasov 11 turdan sonra 3 xalla sonuncu - 8-ci sıradadır.