RU

ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamə layihəsinə veto qoyub.Fələstinin BMT-yə tam üzv olmasını tələb edən qətnamə layihəsi Əlcəzair tərəfindən 15 üzvdən ibarət BMT TŞ-də səsverməyə çıxarılıb.ABŞ-ın “xeyr” səs verdiyi qanun layihəsinə 12 “hə” və 2 “bitərəf” səs verilib.Böyük Britaniya və İsveçrə “bitərəf” qaldığı halda, Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Sierra Leone, Mozambik, Cənubi Koreya və Yaponiya “bəli” səs verib.Qətnamə layihəsinin qəbulu üçün 5 daimi üzvdən heç birindən “xeyr” səsi alınmamalı və ümumilikdə 9 “hə” səsinin alınması lazım idi.Mənbə: AA

Избранный
201
32
afn.az

10Источники