Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası zamanı Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsini tövsiyə edən qətnaməni bloklayıb.
Redaktor.az xəbər verir ki, Təhlükəsizlik Şurasının 12 üzvü, o cümlədən Rusiya və Çin sənədin qəbuluna səs verib. İsveçrə və Böyük Britaniya bitərəf qalıb, yalnız ABŞ qətnamə layihəsinə qarşı çıxıb.
Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir.
Xatırladaq ki, aprelin 1-də Fələstin BMT Təhlükəsizlik Şurasının iclasında təşkilata daxil olması ilə bağlı səsverməyə çağırıb.