RU

Kanalda batan 13 yaşlı İbrahimin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil  olub.

Bizim.Media xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, məlumat əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

Kanalda batan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media
 

Избранный
166
11
bizim.media

10Источники