RU

Arutyunyan: “Paşinyan Qarabağı təhvil verdi, indi də keçib Ermənistana”

“Hökumət Ermənistanın ən güclü müdafiə sektorunun, Tavuş vilayətinin təhlükəsizlik zonasının Əliyevə təhvil verilməsini tarixi nailiyyət hesab edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan bildirib. Onun sözlərinə görə, bu addımlar birtərəfli güzəşt hesabına edilir: “Həqiqətən də tarixi addımdır, çünki Ermənistan ilk dəfə olaraq öz dövlətinin ən mühüm müdafiə xəttini Azərbaycana verir”.

“Sərhəddə dayanan azərbaycanlının öz bağında işləyən kəndlilərimizə atəş açmayacağına kim zəmanət verəcək? Deyirlər ki, bizim təmas xətti əvəzinə sərhədimiz olacaq, bu, nağıldır, o yeni mövqelərdə dayanan azərbaycanlılar erməni kəndlilərinə atəş açacaqlar. Nağıl danışmağa ehtiyac yoxdur ”, – deyə Arutyunyan bildirib.

Onun müşahidəsinə görə, 2020-ci ilin fəlakətli müharibəsindən sonra Ermənistan hakimiyyəti birtərəfli qaydada, təkbaşına, Ermənistan hökumətinin iclaslarında Ermənistan ərazilərinin Azərbaycana verilməsinə və Ermənistan ərazilərinin adlarının Azərbaycan dilində çəkilməsinə şifahi razılıq verib.

“Azərbaycana dedilər ki, kef edin. Biz Qarabağı verdik, indi gəlin Ermənistana keçək”, – deyə Arutyunyan ironiya edib:

“Azərbaycana verilən həmin ərazilər hərbi bazalara çevrilərək Ermənistan üçün ciddi təhlükə yaradacaq”.

Natiq Səlim,

KONKRET.az

Избранный
237
50
konkret.az

10Источники