Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi) edilib.
Gundem.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib.
Hakim Josefina Miro Quesada qeyd edib ki, Estrada tibbi evtanaziya prosedurunu qəbul edib və öz iradəsi ilə həyatla vidalaşıb.
Qeyd edək ki, süni nəfəs aparatında yaşayan Estradanın evtanaziya işi 27 iyul 2022-ci ildə Ali Məhkəmə tərəfindən təsdiqlənib. (Sfera.az)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта