RU

Paşinyan qondarma “erməni soyqırımı”nı tanımadı

Ermənistanın baş naziri Nikol Paşinyanın Birinci Dünya Müharibəsi illərində Osmanlı İmperiyasında baş verən hadisələrlə bağlı bugünkü çıxışı həm Ermənistanın özündə, həm də region ölkələrində səbirsizliklə gözlənilirdi və Ermənistan liderinin 1915-ci il hadisələrinə münasibətdə öz mövqeyini dəqiq necə formalaşdıracağını proqnozlaşdırmağa çalışırdı.

Milli.Az xəbər verir ki, bir neçə həftə əvvəl Nikol Paşinyan həmin tarixi dövrdə ermənilərin qətliamlarından danışarkən ilk dəfə olaraq adi "soyqırım" anlayışını "böyük qırğın" (ermənicə "mets egern") ifadəsi ilə əvəz etmişdi). Üstəlik, o, ermənilərlə türklər arasında münaqişənin Çar Rusiyası tərəfindən törədildiyini vurğuladı, müasir Türkiyə Cümhuriyyəti bu hadisələrə görə tarixi məsuliyyət daşımadığını dedi.

Paşinyanın silahdaşlarından biri, Ermənistan parlamentinin üzvü Andranik Köçəryan 1915-ci il hadisələrində bir milyon yarım erməninin öldüyünü, lakin onların adlarının siyahısı hələ tərtib edilmədiyini bildirib. Nəticədə deputat bu siyahının hazırlanmasını və "böyük qırğın" qurbanlarının faktiki sayının nə qədər olduğunu aydınlaşdırmağı təklif edib.

Ermənistanın müxalifət dairələrində Nikol Paşinyan aprelin 24-də verdiyi mesajda Türkiyə ilə münasibətlərin normallaşmasına yardım etmək üçün yenidən "soyqırım" ifadəsindən yan keçərək onu "Metz Yegern" ifadəsi ilə əvəz edə biləcəyi ilə bağlı qorxular ifadə olunmağa başladı.

Bu gün isə Paşinyan öz mesajında həm "soyqırım" adını, həm də "Metz Yeqern" ifadəsini işlətməklə bu qorxularını qismən təsdiqləyib. Lakin onun xalqa müraciətində əsas cəhət ondan ibarət idi ki, Ermənistan yaranandan sonra ilk dəfə onun baş naziri 1915-ci il hadisələrini xatırladaraq, Türkiyə Cümhuriyyətinin bu hadisələrə görə məsuliyyət daşımadığını vurğuladı.

Paşinyan bəyan edib: "...Birinci Dünya Müharibəsi zamanı böyük faciə baş verdi və dövlətçiliyi olmayan, əsrlər əvvəl onu itirən, dövlətçilik ənənəsini mahiyyətcə unudan erməni xalqı geosiyasi intriqalar və yalan vədlərə qurban oldu. O, ilk növbədə, dünyanı və onun qaydalarını özü üçün başa düşülə bilən siyasi təfəkkürdən məhrum idi".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
203
50
milli.az

10Источники