RU

“Toyota” 2023-cü maliyyə ilində rekord sayda avtomobil istehsal edib

Yaponiyanın ən böyük avtomobil istehsalı korporasiyası olan “Toyota Motor” 2023-cü maliyyə ilində (2023-cü ilin aprel - 2024-cü ilin mart ayları) ümumilikdə 9,97 milyondan çox avtomobil istehsal edib və bu da şirkət üçün rekord göstəricidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilir.

Məlumata görə, 2022-ci maliyyə ili ilə müqayisədə istehsalın həcmi 9,2 % artıb. Bununla belə, şirkət hədəflədiyi göstəriciyə, yəni 10,1 milyon nəqliyyat vasitəsinin istehsalına nail ola bilməyib.

“Toyota Motor” 2023-cü maliyyə ilində dünya üzrə 10,3 milyondan çox avtomobil satıb. Bu da korporasiya üçün rekord göstərici olub. Satış həcmi əvvəlki illə müqayisədə 7,3 % artıb. Bu, ABŞ, Avropa İttifaqı ölkələrində və Yaponiyada sabit tələbatla bağlı olub. Digər tərəfdən, ən böyük avtomobil bazarı olan Çində satışlar azalıb.

Hesabatda qeyd olunub, hibrid benzin-elektrik avtomobilləri hazırda dünyada ən böyük tələbatın olunduğu nəqliyyat vasitəsidir.

Избранный
63
3
report.az

7Источники