RU

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

İİTKM-də

Bakı, 25 aprel, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) BMT-nin İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə Özbəkistanın dövlət qurumlarının nümayəndələrindən ibarət qrupun üzvləri ilə görüş keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn mərkəzin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.

İİTKM-in icraçı direktorunun müavini Rəşad Hüseynov isə mərkəzin monitorinq və qiymətləndirmə fəaliyyətindən danışıb və bu sahədəki təcrübələrini bölüşüb. O, İİTKM-in nəzdində tam təkmil monitorinq və qiymətləndirmə institutunun formalaşdırıldığını və burada ən səmərəli metodologiyalardan, o cümlədən rəqəmsal həllərdən istifadə olunduğunu bildirib.

İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova isə türk dünyasının iqtisadi potensialının araşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, TDAM-ın rüblük dövrilikdə 8 dildə “Türk iqtisadi icmalı”nı hazırlayaraq, aidiyyəti ölkələrə göndərdiyini bildirib. O, həmçinin qonaqlara “Türk dövlətləri iqtisadiyyatı” kitabını təqdim edib.

Избранный
404
2
azertag.az

10Источники