RU

Blinken Çini təhdid etdi

Çin Rusiyanı dəstəkləmək “problemini həll etməsə", bunu Vaşinqton edəcək.

Redaktor.az vm.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdə deyib.

Onun sözlərinə görə, Çin Rusiyanı dəstəkləməyə davam edərsə, Avropa ilə münasibətləri yaxşılaşdıra bilməyəcək. Dövlət katibi əlavə edib ki, transatlantik təhlükəsizliyin təmin edilməsi ABŞ-ın əsas hədəfidir:

“Bugünkü müzakirələri zamanı mən açıq şəkildə bildirdim ki, Çin bu problemi həll etməsə, biz həll edəcəyik”.

Çin lideri Si Cinpin isə öz növbəsində ölkəsinin mövqeyini belə ifadə edib:“Amerika ikiüzlülüyü dayandırmalıdır. ABŞ-nin sözü ilə əməli düz gəlmir”.

O vurğulayıb ki, Vaşinqton Pekinə düşmən kimi yanaşmamalıdır.

Избранный
313
49
redaktor.az

10Источники