RU

Ukrayna da alqışladı: Azərbaycan və Ermənistan arasında...

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyasına dair sazişləri alqışlayıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sərhədin suverenlik və ərazi bütövlüyünə hörmət əsasında delimitasiyası, ziddiyyətlərin sülh yolu ilə həlli, o cümlədən güc tətbiqindən imtina “ölkələr arasında münasibətlərin normallaşdırılması və regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından vacibdir.

“Rusiyanın Baltikyanı ölkələrə, Qara dəniz regionuna, Cənubi Qafqaza və Mərkəzi Asiyaya davamlı təhdidləri kontekstində Azərbaycan və Ermənistan arasında dövlətlərarası sərhədin delimitasiyası ilə bağlı razılığın əldə olunması mühüm amildir”, - bəyanatda deyilir.

Избранный
392
29
publika.az

10Источники