RU

"Stressin bu həddə çatmasının səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

"Kəpəz" Misli premyer-liqasının 33-cü turunda öz meydanında "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Mübarizə aparıb 1 xal qazana bildik. Hazırda ən böyük hədəfimiz bizdən öndə olan komandanı keçməkdir. Buna doğru irəliləyirik. Oyun ağır oldu. Bunu gözləyirdik. Çalışırdıq ki, öz oyunumuzdan həzz alaq. Futbolçular mübarizlik göstərdi.

- Ən rahat komanda "Kəpəz"di. Bundan sonrakı oyunlarınız isə avrokuboklar uğrunda mübarizə aparan komandalarladı. Belə fikirlər var ki, həmin komandalar "Kəpəz"i stimullaşdıracaq. Bu fikirlərə münasibətiniz necədi?
- Bizə lazım olan oyunumuzu inkişaf etdirməkdi. Kimin nə düşündüyü bizi maraqlandırmır. Futbolçular sağ olsunlar, öz güclərini göstərdilər.

- Sanki bu gün sizin üçün final oyunu idi. "Neftçi" ilə matçda da meydanda belə mübarizə görəcəyik?
- Stressin bu həddə çatmasının səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi. Bu, vəziyyəti gördüyünüz həddə çatdırıdı. Bizə qıcığı "Sumqayıt" verdi. Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik.

- Samir Abasov eyham vurdu ki, "Kəpəz"in aparıcı oyunçularının qırmızı vərəqə alması qarşıdakı matçlarda öz sözünü deyəcək...
- Samir Abasov düz qeyd etdi. Bu gün bizdə demək olar ki, oyunçu qalmadı.

- Sanki baş hakim oyunun ipini əldən vermişdi. Siz necə düşünürsünüz?
- Hakimlik barədə mənə sual verməyin, bu haqda danışan adamlara sual verin.

Избранный
180
4
football-plus.az

9Источники