RU

Ürəyinizin sağlam olması üçün bu meyvələri yeyin

Şübhəsiz ki, ürək-damar xəstəliklərinin yaranmasında bir çox amillər rol oynayır. Xüsusilə yüksək qan şəkəri (şəkərli diabet), yüksək təzyiq (hipertoniya), yüksək xolesterin (hiperlipidemiya), tütün məmulatlarından istifadə və qocalıq əsas risk faktorları arasındadır. Bundan əlavə, piylənməyə səbəb ola biləcək fiziki hərəkətsizlik və qeyri-sağlam qidalanma kimi risk faktorları da ürək-damar xəstəlikləri üçün vacibdir.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar meyvələrin ürək sağlamlığına faydalarından bəhs ediblər.

Almanın çox əhəmiyyətli olduğunu söyləyən kardiloq Dipak Vivek deyir:

"Alma çox yaxşı antioksidantdır. Çünki o, lif, C vitamini və kalium mənbəyidir. Eyni zamanda, onlar aşağı glisemik olduğu üçün diabet riskini azaltmağa kömək edir".

Almanı dilimlədiyini və gün ərzində qəlyanaltı olaraq istehlak etdiyini də vurğulayan kardioloq, "Gün ərzində alma istehlakı da enerjini tarazlaşdırır. Bu, həmçinin əzələ kramplarının qarşısını alır", - deyib.

Kardioloq Suşant Xaire almadan başqa bananın da çox təsirli olduğunu vurğulayıb:

"Banan lif, C vitamini, B6 vitamini, kalium, maqnezium və antioksidantlarla zəngin qidadır. Xüsusilə onun tərkibindəki lif həzmə kömək edir, C vitamini immunitet sistemini gücləndirir, B6 vitamini isə ürək, beyin və sinirlərin inkişafı üçün çox vacibdir".

Kardiologiya professoru Cennifer Mieres "Today.com"a deyib:

"Alma və banan kimi, armudalbalı da ciddi lif ehtiva edən meyvələrdir. Onlar yalnız günortadan sonra qəlyanaltı olaraq tox tutmurlar, həm də ürək xəstəliklərindən qorunmağa kömək edirlər".

Kardioloq Satjit Busri həmçinin duzsuz fınfıq-fıstıq və quru meyvələrin də faydalı olduğunu açıqlayıb.

"Qaragilə, moruq, qırmızı qaragilə kimi meyvələr ən yüksək səviyyədə antioksidantlara malikdir. Bunlar ürəyinizi qorumaq üçün mükəmməldir", - deyə kardiloq əlavə edib.

Избранный
243
50
baku.ws

10Источники