RU

Bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı, 16 may, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin "Estrada sənəti" kafedrasının təşkilatçılığı ilə Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr edilmiş konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılovaya, professor Məryəm Babayeva çıxış edərək bəstəkarın həyat və yaradıcılığından bəhs edib.

Proqramın bədii hissəsində “Azərbaycan dünyam mənim”, “Doğma diyar”, “Alma almaya bənzər”, “Dəniz və mən”, “Yox deyə-deyə” kimi mahnılar, sonda iştirakçılarla birlikdə “Bayram axşamlarında” mahnısı ifa edilib.

Избранный
208
18
azertag.az

10Источники