RU

Tbilisidəki etiraz aksiyasında Rusiya bayrağı yandırıldı

Mayın 18-də Gürcüstanın paytaxtı Tbilisidə parlament binası önündə "Xarici agentlər haqqında" qanuna etiraz edənlər Rusiya bayrağını yandırıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qalmaqallı qanuna etiraz edən nümayişçilər Rustaveli prospektini bağlayıblar. Etirazçılar Rusiya bayrağını, həmçinin hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının loqosu olan bayrağı yandırıblar.

 

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib və bu qanun AB-nin ölkənin Avropa Birliyinə inteqrasiyasını dayandırmaq təhlükəsi ilə bağlı sərt bəyanatlarına səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyduğunu bildirib.

Избранный
314
8
senzor.az

10Источники