RU

Baqratın baş nazir olmaq şansı varmı?

Revanşçı keşiş deyir ki, mayın 26-da katolikosla  görüşdən sonra siyasi gələcəyi ilə bağlı yekun qərar verəcək
 
Ermənistanda reavanşist keşiş Baqrat Qalstanyan baş nazir postuna namizədliyini açıqlayıb. Qalstanyan Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası ilə bağlı razılaşmalardan sonra revaşistlərin əsas “lideri”nə  çevrilib. 
 
 Musavat.com “Sputnik Ermənistan”a istinadən  xəbər verir ki, bu barədə müxalif siyasi qüvvələrin nümayəndələri ilə görüşündən sonra Qalstanyan özü məlumat verib. Onun sözlərinə görə, o, mayın 26-da katolikosla (erməni kilsəsinin rəhbəri) görüşdən sonra siyasi gələcəyi ilə bağlı yekun qərar verəcək. Onun sözlərinə görə, xalq onun namizədliyini irəli sürməli və namizədliyini təsdiq etməlidir.  
 
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü (parlamentdəki 107 kürsüdən 71 yerə nəzarət edir), parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan isə Paşinyanın müxalifətin tələbi ilə istefa verməyəcəyini,  parlament seçkilərinin  2026-cı ildən tez keçirilməyəcəyi deyib.  “Mən Qalstanyanın siyasi perspektivlərinə çox şübhə ilə yanaşıram. Onun cəmiyyətdə real dəstəyi varmı? 2020-ci ildə müharibədə məğlub olan Paşinyan bir ildən sonra ermənilərdən dəstək alıb və yenidən baş nazir olub. İctimai rəyin hesablamaları göstərir ki, Ermənistan əhalisinin yarıdan çoxu yenə Paşinyanı dəstəkləyir”, – politoloq Yuri Svetov deyib. 
 
Onun sözlərinə görə, baş nazir müharibə deyil, sülh istəyən erməni cəmiyyətinin hisslərini nəzərə alır. “O, hər şeyi qurban verməyə hazırdır ki, Ermənistan münaqişələrdən xilas olduqdan sonra Avropa İttifaqına və NATO-ya qəbul olunsun. O, Azərbaycanla sülh müqaviləsi bağlamaq siyasəti yürüdür”, - ekspert əlavə edib. Svetov isə əmindir ki,  ciddi dəstəyi olmasa, Qalstanyanın ikili vətəndaşlığının da  əhəmiyyəti yoxdur. “Paşinyan   kəşfiyyat xidmətlərinə və orduya nəzarət etməkdə davam edir. Ermənistan parlamentində impiçment prosedurunu həyata keçirəcək  yetərsay yoxdur.  Onu hələ də Rusiya, Fransa və ABŞ-dakı nəhəng erməni icmaları dəstəkləyir” deyə, ekspert vurğulayıb.
 
Svetov əmindir ki, Qalstanyanın ritorikası  onun siyasi gələcəyini şübhə altına alır. “Arxiyepiskop dedi ki, Paşinyana istefa verməsi üçün bir saat vaxt verir.  Amma heç nə dəyişməyib”, - ekspert əlavə edib.
 
“Ermənistanda bir çox insanlar Qalstanyanın namizədliyini  qəbul edirlər, çünki o, heç bir siyasi qüvvənin nümayəndəsi deyil və hamı ilə işləməyə hazırdır. O, çox xarizmatikdir və etibarlı konsensus fiquruna çevrilib.  Qalstanyan Ermənistanın bütün tarixində birləşdirici rol oynamış kilsənin nümayəndəsidir”, - “Voskanapat” analitik mərkəzinin rəhbəri, erməni politoloq Hrant Melik-Şahnazaryan isə belə düşünür.  Ekspert Qalstanyanın baş nazir postuna gedən yolunda əsas problemin ikili vətəndaşlığı göstərib (Məlumdur ki, arxiyepiskopun Kanada pasportu var). “Qalstanyanın baş nazir postunda  oturması  üçün konstitusiya dəyişdirilməlidir. Bunun üçün referendum keçirməyə ehtiyac yoxdur, hər şey parlamentin səlahiyyətindədir. Amma bu proses uzun çəkə bilər və əsas qanunun bir nəfərə uyğun dəyişdirilməsi pis president olar.  Ona görə də ola bilsin ki, növbəti bir neçə gün ərzində  daha bir namizəd meydana çıxsın”, - deyə ekspert bildirib. 
 
Bununla belə, Məlik-Şahnazaryan vurğulayır ki, Ermənistan cəmiyyəti Paşinyanı öz lideri kimi qəbul etmir: “Onun hakimiyyəti saxlamaq üçün yeganə şansı bütün etirazları zorla  yatırtmaqdır. Amma bu, artıq işləməyəcək, çünki Ermənistanda narazılığın miqyası mümkün olan bütün hədləri aşıb. Artıq əminlik var ki,  hər yerdə insanlar kütləvi itaətsizlik aksiyalarına başlayacaqlar, nəticədə Paşinyan hakimiyyətini itirəcək”, ekspert əmindir.
 
Onun sözlərinə görə, hətta hakimiyyətdə olan partiyanın deputatları arasında da mümkün kütləvi iğtişaşlardan böyük narahatlıq var, bunu siyasətçilər arasında internetə sızan yazışmalar sübut edir.
Избранный
110
47
moderator.az

10Источники