İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasında ABŞ səlahiyyətlilərin əli var. Çünki Ağ Ev helikopterin mühərrikinin xarab olmasına və qəzaya uğramasına səbəb olan ehtiyat hissələrinin tədarükünə qadağa qoyub.
"Unikal" xəbər verir ki, bu fikri İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif səsləndirib.
"Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, İran prezidentinin helikopterinin qəzaya uğramasında Amerika günahkardır" , - o, ifadə edib.
Keçmiş nazir həmçinin İran rəhbərliyinin baş verənləri Ağ Evin indiyədək İran xalqına qarşı törətdiyi cinayətlər siyahısına daxil etmək niyyətini açıqlayıb.
Xatırladaq ki, Vaşinqton 2018-ci ildə İrana təyyarə və təyyarə hissələrinin ixracına embarqo qoyub.
İran prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzasında həlak olub. Təyyarədə olan hər kəs, o cümlədən ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian da həyatını itirib.
Gülayə Mecid