RU

Rusiya sülhməramlıları Qarabağda niyə möhkəmlənir? - Deputat səbəbini açıqladı

“Mən Rusiya sülhməramlılarının Qarabağda yeni postlar qurması ilə bağlı məlumatları oxudum”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. 

Millət vəkili Rusiya sülhməramlılarının 48 saat ərzində Qarabağın dağlıq hissəsində daha 10 müşahidə məntəqəsi açması haqqında yayılan məluamta münasibət bildirib.

Deputatın fikrincə, rusların bölgədə sülhməramlı kimi qalmasına artıq ehtiyac yoxdur: 

“Çünki onlar regionda atəşkəsi qorumaq üçün orada qalmışdılar. Doğrudur, rusların 2025-ci ilin sonuna qədər müddətləri var. Ola bilər ki, postların qurulması məsələsi də bununla əlaqədardır. Bildiyimə görə, onlar yollarda postlar qururlar ki, gediş-gəlişdə narazılıq olmasın”. 

Müsahibimiz xatırladıb ki, sülhməramlı kontingentin Şuşa, Ağdərə, Xocavənd və digər ərazilərdəki postları ləğv edilib:

“Zənnimcə, əgər orada heç bir problem yoxdursa, onlar yavaş-yavaş çıxıb getməlidir. Çünki ruslar müəyyən texnikalarını Qarabağdan kolon şəklində çıxarmışdı. Ona görə də onların bölgədə qalmasına ehtiyac yoxdur. Ola bilər ki, müəyyən danışıqlar var ki, vaxtları qurtarana qədər qalsınlar”. 

“Dünən qondarma rejimin “prezidenti” Samvel Şahramanyan İrəvanda oturub artıq-əskik danışmağa başlayıb. Hansı ki, “DQR” faktiki olaraq ləğv olunub və Şahramanyanın özü buna qol çəkib. Yəni ermənilər yenə də sakitləşmir və başa düşmürlər ki, artıq bu məsələ bitib, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Orada yeganə problem isə rus sülhməramlılarının bölgədən çıxarılmasıdır.

Mən də dəfələrlə demişəm ki, birdən-birə yox, tədricən rusları ərazimizdən çıxarıb postları ləğv etmək lazımdır ki, problem yaranmasın. Bununla bağlı narahatlıq var və suallar verilib. Hiss edirəm ki, bu məsələ də yekunlaşacaq”, - fikirlərini tamamlayıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Избранный
880
50
yenisabah.az

10Источники