BP Azərbaycanda layihələr çərçivəsində infrastrukturu karbonsuzlaşdıracaq və artıq Səngəçal neft-qaz terminalının və Şahdəniz qaz-kondensat yatağının platformalarının karbonsuzlaşdırılması prosesinə başlayıb. Bunu BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə vitse-prezidenti Allan Kolin bildirib.
Onun fikrincə, Azərbaycan dekarbonizasiya prosesində irəliləmək istəyirsə, neft bə qaz hasilatı zamanı atmosferə böyük miqdarda istixana qazları emissiyasının buraxılmasının qarşısını almalıdır.
BP. Azərbaycan mətbuat xidmətindən verilən məlumata görə, "Şahdəniz"də platformaların karbonsuzlaşdıtılmadı ilə bağlı artıq müəyyən işlərə başlanılıb.
"Şahdənizdə Alpha və Bravo hasilat platformalarının enerji təchizatı qismən qaz, qismən də dizel yanacağı ilə işləyən generatorlardan istifadə etməklə həyata keçirilir. Lakin biz Alpha platformasının Bravo platformasından elektrik enerjisi almağa başlamasını təmin etməyə çalışırıq (onlar kabellə birləşdiriləcək). Bu, hasilat platformalarının dekarbonlaşdırılması prosesində mühüm əhəmiyyət kəsb edən Alpha platformasını enerji ilə təmin etmək üçün qazdan istifadəni azaltmağa və ya tamamilə ləğv etməyə imkan verəcək”, - BP mətbuat xidmətindən bildirilib.
"Şahdəniz” platformalarının dekarbonlaşdılırması prosesinin ikinci mərhələsi Bravo-nun təmiz enerji ilə təchiz edilməsi məsələsini həll edəcək.
"Çox güman ki, Səngəçal terminalından yaşıl enerji Bravo platformasına gedəcək. Beləliklə, on il ərzində BP bu planlaşdırılmış tədbirlər vasitəsilə Azərbaycandakı əməliyyatlarını karbonsuzlaşdıra biləcək”, - mənbə qeyd edib.