RU

İslandiyada vulkan püskürməsindən sonra lava axını davam edir

İslandiyada vulkan püskürməsindən sonra lava axını davam edir

İslandiya Meteorologiya İdarəsi (IMO) ölkənin cənub-qərbində Reykjanes yarımadasında yerləşən vulkanın püskürməsindən sonra lava axınının davam etdiyini açıqlayıb. AFN.az xarici mediaya istinadən xəbər verir ki, qruplar lava axınını yavaşlatmaq üçün xəndək qazıblar. “Son bir neçə gün ərzində lava əsasən şimal-qərbə axıb və Silinqarfel yaxınlığında cəmləşib, həmçinin yavaş-yavaş Silinqarfelin yanından şimala və qərbə keçib”, - IMO-nun açıqlamasında deyilir. Şənbə gecəsi lava axını Silinarfeldən qərbə doğru və Grindavikurvegur istiqamətində artıb. "Şənbə günü Grindavikurvegurdakı qoruyucu maneədəki boşluğu bağlamaq üçün səylər göstərildi və səhər saat 10.30 radələrində lava maneənin şimalındakı yola çatdı" - deyə qurumdan verilən məlumatda bildirilir.IMO, lavanın yavaş-yavaş hərəkətə davam edəcəyinin gözlənildiyini və vəziyyətin yaxından izlənildiyini açıqlayıb.

Избранный
155
1
afn.az

10Источники