RU

Parlamentari: Azərbaycan-Türkiyə qardaşlığı xüsusi önəm və əhəmiyyət daşıyır

İyunun 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğuladılar.

Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edildi, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulandı.

Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olundu. 

İlham Əliyevin qardaş ölkəyə səfərini “Sherg.az”a dəyərləndirən Milli Məclisin deputatı Aydın Hüseynov vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya ölkələri üçün bir nümunədir:
“Əlbəttə, bəziləri bunun qardaşlıq, dini, milli və dil yaxınlığından irəli gəldiyini söyləyə bilər. Amma bundan başqa iki ölkə arasında münasibətlərin səmimi olması, etibarlılıq, bir-birinin haqqını dünya miqyasında qorumaq, qarşılıqlı etimad da önəmli faktorlar sayılmalıdır. Dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq, demək olar ki, mümkün deyil. Eyni ideologiya ətrafında birləşmiş dövlətlər arasında belə qardaşlıq münasibətləri yoxdur. Azərbaycan-Türkiyə qardaşlığı isə xüsusi önəm və əhəmiyyət daşıyır. Hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq münasibətlərimiz daha yüksək səviyyəyə çatıb”. 

Deputat bildirib ki, keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Türkiyə münasibətləri 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi ilə bir daha möhkəmlənib: 
“Qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənir. Bu əlaqələr Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan həm də iqtisadi əlaqələr və strateji layihələrdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu artıq reallığa çevrilib. Hazırda iki qardaş xalq arasındakı əlaqələrin möhkəmlənir. İki qardaş ölkənin prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın həm də şəxsi münasibətləri birliyimizin əbədiliyinə, onun yeni dəyərlər üzərində inkişafına təkan verir. Bu birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə qardaşım deyərək müraciət etmələri bəşəriyyət üçün də nümunədir. Dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsində də gördü. Həmin dövrdə Türkiyə ölkəmizin haqlı davasında yanında oldu, qələbə üçün bütün imkanlarını ortaya qoydu, beynəlxalq arenada dəstək verdi. Təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyindən geri çəkilmədi. Məhz, əldə olunmuş zəfərin siyasi zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində olduğu kimi mühüm mesajdır. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi, Orta Dəhlizin inkişafı, Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olundu”.
Избранный
335
22
sherg.az

10Источники