RU

Azərbaycanda yas yasa qarışdı – Hüzrdən qayıdanlar faciə ilə üzləşdi – FOTO

Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib. Hərəkətdə olan minik avtomobili 2021-ci il təvəllüdlü D.M, 2019-cu il təvəllüdlü U.M və nənələri 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.

Hər üç yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Üç yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, üç yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Nənə və beş yaşlı nəvənin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
145
14
nocomment.az

10Источники