Utair aviaşirkətinə məxsus təyyarə Yamalo-Nenets Muxtar Dairəsindəki Utrennı hava limanında iki kilometr aralıda sərt eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı deyilir: "Təyyarə Sabetta hava limanından çarter reysi həyata keçirirdi . O, iki kilometr uzaqlıqdakı Utrenni aerodromuna çata bilmədi. Hadisə ilə bağlı Novı Urenqoy Nəqliyyat Prokurorluğu tərəfindən araşdırma aparılır.
Sərt eniş nəticəsində bir nəfər xəsarət alıb . Digər təfərrüatlar verilmir".
Ağarza Elçinoğlu