“Sabah” komandasının yay hazırlıq planı bəlli olub.
Klubdan hafta.az-a verilən məlumata görə, "tələbələr" növbəti mövsümün hazırlıqlarına iyunun 20-də Masazırda yerləşən “Bank Respublika Arena”da başlayacaq. İyunun 24-dən 29-dək Qəbələdə hazırlıq keçəcək "bayquşlar" iyulun 1-də təlim-məşq toplanışın ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq. Çatej-ob-Savi qəsəbəsində məskunlaşacaq komanda burada 4 yoxlama oyunu keçirəcək. İyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə eyni ölkənin “Rux” (Lvov) komandası ilə qarşılaşacaq.
Kollektiv iyulun 18-də Bakıya qayıdacaq.
Qeyd edək ki, ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Oyunlar iyulun 25-də və avqustun 1-də baş tutacaq.