“Microsoft”un qurucusu Bill Qeyts Vayominqdə onun şirkəti “TerraPower” tərəfindən həyata keçirilən atom elektrik stansiyası layihəsinə milyardlarla sərmayə qoymağı planlaşdırır.
Bu barədə sahibkar CBS telekanalına müsahibəsində danışıb.
“Mən bir milyard dollardan çox sərmayə qoymuşam və daha milyardlarla sərmayə qoyacağam”, – sahibkar deyib.
CBS qeyd edib ki, layihə su ilə soyudulan reaktor yerinə natriumla soyudulan reaktordan istifadə edəcək atom elektrik stansiyasının tikintisini nəzərdə tutur. Bunun generasiya prosesini daha təhlükəsiz və daha ucuz edəcəyinə güman edilir. Onlar stansiyanı 2030-cu ilə qədər istifadəyə verməyi planlaşdırırlar. Telekanal qeyd edib ki, bu, onilliklər ərzində ABŞ-də istixana qazı emissiyalarını və nəticədə iqlim dəyişikliyini ehtiva etməyəcək ilk kommersiya nüvə layihəsidir.
Qeyts bildirib ki, hazırda ən çox nüvə reaktoru tikən Çindir, lakin ABŞ innovativ texnologiyalardan istifadə etməklə rəqabətədavamlı ola bilər.
Milyarder həmçinin bildirib ki, layihənin işə salınması 2028-ci ilə planlaşdırılıb, lakin o, təxirə salınmalı idi, çünki ilkin plana görə, uran yanacağı Rusiyadan alınmalı olsa da, Ukraynadakı müharibə səbəbindən tədarükçü dəyişdi. İndi Böyük Britaniya və Cənubi Afrika Respublikası (CAR) bu mənada nəzərdən keçirilir və Kanada və ABŞ-nin özündən də tədarüklər mümkündür.