RU

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 1 100-dən çox müəllim sertifikasiya imtahanında iştirak edəcək

Sabah Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 1 100-dən çox müəllim sertifikasiya imtahanının test mərhələsində iştirak edəcək.
 
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 24 nəfər Azərbaycan dili və ədəbiyyat, 35 nəfər ibtidai sinif, 476 nəfər riyaziyyat, 493 nəfər ingilis dili, 81 nəfər rus dili və 3 nəfər fransız dili, ümumilikdə, 1 112 nəfər müəllim sertifikasiya prosesinin test imtahanına qatılacaq.
 
Müvafiq göstəricilər əsasında müəllimlərin sosial rifahının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin artırılması, peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, peşəkar inkişafına nail olunması və təlim ehtiyaclarının öyrənilməsi məqsədilə 21, 22, 24 iyun tarixlərində növbəti sertifikasiya prosesinin test imtahanı mərhələsinə keçiriləcək.
 
Qeyd edək ki, sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır, tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyir, öz ehtiyaclarına uyğun olaraq peşə bilikləri və bacarıqlarını artırmaq imkanlarından faydalanır, təhsilverənlər arasında özünüinkişafı stimullaşdıran münbit mühit yaradır və daim öyrənmə mədəniyyəti formalaşdırır. Müəllimlərin sertifikatlaşdırmada göstərdikləri yüksək nəticələr onların karyera yüksəlişində müsbət rol oynayacaq.
Избранный
272
27
moderator.az

10Источники