Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanın Fələstini müstəqil dövlət kimi tanımaq qərarını müsbət qarşılayıb. Bu barədə məlumat Türkiyə XİN-in açıqlamasında verilib.
Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi dövlətlərdən sonra Ermənistanın Fələstini dövlət kimi tanımaq qərarı bizi sevindirir. Əvvəllər qeyd elədiyimiz kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir. Türkiyə daha çox dövlətin Fələstini tanıması üçün səy göstərməyə davam edəcək".
Xatırladaq ki, bu gün Ermənistanın Xarici İşlər Nazirliyi Fələstinin dövlət kimi tanınması barəsində bəyanat verib. Bununla əlaqədar Ermənistan səfiri İsrail XİN-ə çağırılıb.
Hürr Tərcüman