RU

ABŞ icazə verdi: Ukrayna indi Rusiyanın hər nöqtəsini onun silahları ilə vura biləcək!

Ukrayna ordusuna ABŞ-ın təqdim etdiyi daha uzun mənzilli raketlərdən yalnız Xarkov yaxınlığındakı cəbhə xəttində deyil, Rusiya daxilindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verilir - o şərtlə ki, onlar özünümüdafiə məqsədilə hərəkət etsinlər.

Musavat.com xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder deyib.

Onun sözlərinə görə, Rusiya “təhlükəsiz zona” hesab etdiyi ərazisinin dərinliklərindən Ukrayna hədəflərini atəşə tutur: "Bu qüvvələrin sərhəddən bu cür əməliyyatlar apardığını gördükdə, Ukraynanın özünü müdafiə etmək üçün cavab atəşi aça biləcəyini və buna haqqı olduğunu izah etdik".

Pentaqon əlavə icazələrin yeni siyasət olmadığını bildirib.

Ordu sözçüsü mayor Çarli Dits deyib: "Bu, coğrafiya ilə bağlı deyil. Bu, sağlam düşüncə ilə bağlıdır. Əgər Rusiya Ukraynaya öz ərazisindən hücum edir və ya hücum etmək niyyətindədirsə, Ukraynaya xaricdən ona hücum edən qüvvələrə zərbə endirməsinə icazə vermək məntiqlidir".

O, həmçinin əmin edib ki, ukraynalılar Rusiya hava məkanında olsalar belə, “Ukrayna hava məkanını atəşə tutacaqlarsa” Rusiya təyyarələrini “səmadan çıxarmaq üçün” onlara verilən hava hücumundan müdafiə sistemlərindən istifadə edə bilərlər.

 

Musavat.com

Избранный
196
47
musavat.com

10Источники