Bakı, TurkicWorld:
İsrailin müdafiə naziri Yoav Gallant Qəzzadakı müharibə və Hizbullahla gərginliyin artması ilə bağlı ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün Vaşinqtona gedib.
TurkicWorld xəbər verir ki, Gallantın ABŞ dövlət katibi Antoni Blinken, ABŞ-ın müdafiə naziri Lloyd Ostin, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) direktoru William Burns ilə görüşü gözlənilir.
"ABŞ ilə əlaqələr həmişəkindən daha vacibdir. Yüksək dövlət rəsmiləri ilə görüşlər müharibənin gələcəyi üçün əhəmiyyətlidir” – deyə Gallant ABŞ-a səfər etmədən öncə verdiyi açıqlamada bildirib.
Tasnem Ismukhan