İsrailin Yuxarı Qalileyadakı artilleriya bazasına PUA hücumu edilib.
Axar.az xəbər verir ki, bu barədə Hizbullah məlumat yayıb.
“İslam müqavimət bölmələri Beyt Hillel qəsəbəsindəki artilleriya bazasına hücum etmək üçün PUA-lardan istifadə ediblər. Hücum zamanı 403-cü diviziyanın komanda-müşahidə məntəqəsi və hərbi düşərgə vurulub”, - məlumatda qeyd olunub.