Əgər ölkə hökuməti indiki kursunu davam etdirsə, Avropa Birliyi Gürcüstana qapılarını bağlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrell bildirib.
"Avropa İttifaqının qapıları artıq Gürcüstan üçün açıqdır. Amma hökumət gördüyü işləri davam etdirsə, o qapılar bağlanacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, Aİ-Tbilisi münasibətləri may ayında Gürcüstan parlamentinin qəbul etdiyi “xarici agentlər” haqqında qanuna görə gərginləşmişdi. Gürcüstan hökuməti tənqidləri rədd edir və iddia edir ki, oxşar və daha sərt qanunlar ABŞ-də, eləcə də Avropada mövcuddur.
Ağarza Elçinoğlu