RU

Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya qəbuluna başlanılıb

Sertifikatlaşdırma
Müəllimlərin sertifikatlaşdırılması prosesinin iyunun 21, 22 və 24-də keçirilmiş test imtahanı mərhələsinin nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna start verilib. 1news.az-ın məlumatına görə, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Müəllimlər “portal.edu.az” platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müəllimlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
35
1news.az

10Источники