Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 269 milyon 821 min manat həyat sığortası üzrə sığorta haqqı toplanıb.
Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 31,3 % çoxdur.
Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 205 milyon 490 min manat oub.
Hesabat dövründə həyat sığortası üzrə ödənişlərin məbləği 127 milyon 993 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 79 % çoxdur.
Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 542,841 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.
Nara