RU

Avstriya və Fransa 1/8 finalda

style='margin-bottom:10px;'>

Bu gün Avro-2024-də qrup mərhələsində 3-cü turun növbəti oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün 4 matç oynanılır.

D qrupunda Niderland Avstriyaya 2:3 hesab ilə uduzub, Fransa isə Polşa ilə 1:1 hesablı heç-heçə edib. Bununla da Avstriya qrup lideri kimi, Fransa isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Polşa yarışda mübarizəni başa vurub. Niderland isə hələ də 1/8 final şansını davam etdirir. Çünki reqlamentə əsasən, qrup mərhələsində 3-cü yeri tutan ən yaxşı 4 komanda  pley-offa adlayacaq.

C qrupunda isə İngiltərə Sloveniya ilə, Danimarka Serbiya ilə qarşılaşacaq. Sözügedən oyunlara Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

25 iyun

D qrupu, 3-cü tur

20:00. Niderland - Avstriya - 2:3

Qollar: Qakpo, 47, Depay, 75 - Malen, 6-avtoqol, Şmid, 59, Sabitzer, 80

Baş hakim: İvan Krujlyak (Slovakiya)

Berlin Olimpiya Stadionu

20:00. Fransa - Polşa - 1:1

Qollar: Mbappe, 56-pen. - Levandovski, 79-pen.

Baş hakim: Marko Quida (İtaliya)

Dortmund, "Siqnal İduna Park"

N Komandalar O Q H M T-F X
1 Avstriya 3 2 0 1 6-4 6
2 Fransa 3 1 2 0 2-1 5
3 Niderland 3 1 1 1 4-4 4
4 Polşa 3 0 1 2 3-6 1

C qrupu, 3-cü tur

23:00. İngiltərə - Sloveniya

Baş hakim: Klement Turpin (Fransa)

Köln, “Reyn Enerqi” stadionu


23:00. Danimarka - Serbiya

Baş hakim: Fransua Leteksye (Fransa)

Münhen, "Alyans Arena"

N Komandalar O Q H M T-F X
1 İngiltərə 2 1 1 0 2:1 4
2 Danimarka 2 0 2 0 2:2 2
3 Sloveniya 2 0 2 0 2:2 2
4 Serbiya 2 0 1 1 1:2 1
Избранный
278
6
teleqraf.com

2Источники