RU

Tibbi sığorta üzrə yığımlar 1 milyon manatdan çox azalıb

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda tibbi sığorta üzrə 71 milyon 512 min manat sığorta haqqı toplanıb.

Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 1 milyon 106 min manat, yaxud da 1,5% azdır.

Ötən ilin hesabat dövründə Azərbaycanda tibbi sığorta üzrə 72 milyon 618 min manat sığorta haqqı toplanıb. 

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında tibbi sığorta üzrə ödənişlərin həcmi 28 milyon 935 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27,2% çoxdur. 

2023-cü ilin hesabat dövründə Azərbaycanda tibbi sığorta ödənişlərinin həcmi 22 milyon 747 min manat olub. 

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 542,841 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur.

Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.

Nara

Избранный
113
6
valyuta.az

10Источники