RU

Azərbaycan 2024-cü il ərzində Ermənistan üzərindən uçuşlar üçün nə qədər pul ödəyib?..

2024-cü il yanvarın 1-dən mayın 31-dək olan dövr ərzində Azərbaycan aviaşirkətləri Ermənistan Respublikasının hava məkanı vasitəsilə həyata keçirilən uçuşlar üçün “Armaeronaviqasiya” şirkətinə 49 min 459 avro ödəyib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin NEWS.am-ın yazılı sorğusuna cavabında deyilir.
 
Ödəniş müəyyən olunmuş qaydada "Eurocontrol"("Avro-nəzarət") təşkilatının mərkəzi ofisi vasitəsilə həyata keçirilib.
 
Qeyd edək ki, “Armaeronavigasiya” QSC Ermənistanın hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir.
 
"Eurocontrol" Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatıdır.
 
Xatırladaq ki, 2023-cü ilin ilk altı ayı üçün ödəniş məbləği 40 min avrodan bir qədər az,  bütövlükdə 2023-cü il üçün isə təxminən 80 min avro olub.
 
S.Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
49
moderator.az

10Источники