Gürcüstan ilə Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan bizim üçün yalnız yaxşı qonşu və dost ölkə deyil, eyni zamanda, çox yaxşı strateji tərəfdaşdır.
"Operativ Media" xəbər verir ki, bu sözləri Tbilisidə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi görüşdən sonra brifinqdə deyib.
O qeyd edib ki, hər iki ölkə enerji, nəqliyyat, logistika və digər sahələrdə səmərəli əməkdaşlıq edir.
Regional sülhün əldə olunması məsələsinə toxuna nazir deyib ki, Gürcüstan Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün əlindən gələni edəcək.
"Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi iqtisadi layihələr təkcə bizim üçün deyil Avropa üçün də mühüm əhəmiyyət kəsb”, - deyə gürcü nazir vurğulayıb.