RU

Alpinistlərin cəsədi tapıldı

Yaponiyada yerləşən Kyodo agentliyinin məlumatına görə, Şizuoka prefekturasının polisi alpinistlərin itkin düşməsi xəbərini aldıqdan sonra axtarış əməliyyatına başlayıb.

News24.az xəbər verir ki, Fuciyə qalxan yollarda aparılan axtarışlar nəticəsində dağın Şizuokaya baxan kraterinin yaxınlığında 3 alpinistin cəsədi tapılıb.

İlin çox hissəsi qarla örtülü olan Fuji dağına 200 mindən çox ziyarətçi iyul-sentyabr mövsümündə məşhur gəzinti yollarından istifadə edir.

Yaponiya milli mediası bildirir ki, yerli və xarici ziyarətçilərin günəşin doğuşunu izləmək də daxil olmaqla turistik məqsədlər üçün etdikləri gecə dırmaşmaları zamanı qəzalar baş verə bilər.

qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan və hündürlüyü 3776 metr olan Fuji dağı Yaponiyanın milli simvollarından biri kimi seçilir.

Yamanaşi və Şizuoka əyalətləri arasında yerləşən ölkənin ən hündür nöqtəsi olan Fuci dağı alpinistlərin üz tutduqları marşrutlar sırasındadır.

Günel Məlikzadə

Избранный
122
1
news24.az

4Источники