RU

Çimərliyə getmək üçün ən optimal vaxt hansı saatlardır? – Nazirlik AÇIQLADI 

“Çimərliyə getmək üçün ən optimal vaxt səhər saat 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova deyib.

Onun sözlərinə görə, saat 11:00-16:00 aralığında uşaqları Günəş altında saxlamaq olduqca təhlükəli vəziyyət yarada bilər:

“Bu saatlarda günəş radiasiyasının ən ekstremal vaxtıdır. Məhz bu zaman intervalında uşaqlarda günəş yanıqları, günvurma halları baş verir. Uşaq orqanizminin möhkəmləndirilməsi üçün yayda günəş vannasından istifadənin müəyyən qaydalarına riayət etmək lazımdır”. 

Pediatr qeyd edib ki, orqanizmin normal funksiyası və yuxu rejiminin tənzimlənməsində D vitamini müxtəlif hormonların sintezi üçün çox vacibdir:

“Onun təsiri nəticəsində qan dövranı, maddələr mübadiləsi yaxşılaşır, immunitet möhkəmlənir. Həmçinin, antidepressant və antibakterial xüsusiyyətlərə də malikdir”. 

N.Hüseynova günəş şüalarının insan orqanizmində yaratdığı mənfi hallardan qorunmaq üçün tövsiyələr verib:

“İsti havalarda uşaqların geyiminə diqqət yetirmək mütləqdir. Günəş şüasını udan tünd rəngli paltarlardan istifadə tövsiyə olunmur. Məqsədəuyğundur ki, əsasən günəş şüalarını əks etdirən açıq rəngli, yaşıl rəngli geyimlərə üstünlük verilsin. Həmçinin, dairəsi çiyinləri örtəcək ölçüdə papaqlardan istifadə oluna bilər”. 

Bizim.Media

Избранный
212
50
bizim.media

10Источники