Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin daha 1 idmançısı finala yüksəlib.
48 kq-da çıxış edən Nihat Qasımov serbiyalı Filip Stanoyeviçə 5:0 hesabı ilə qalib gələrək həlledici döyüşə yüksəlib.
Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Giorgia La Rosa, Əminə Tağı (52 kq) isə Maria Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Hər iki boksçumuz məğlub olduğundan bürünc medala sahib olublar.
Qeyd edək ki, daha öncə Səftər Məmmədzadə də finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da olacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта