Norveçin Mədəniyyət və Bərabərlik Naziri Lubna Jafferi (Yafferyu) Osloda LGBT-nin Qürur yürüşünüm başlanması münasibətilə keçirilən tədbirdə ictimaiyyətin alqışları altında sinəsini açıb. Məmurun görüntülərini NRK telekanalı nümayiş etdirib.
Sfera.az bildirir ki, Lubna Jafferi öz hərəkətini homoseksual insanların özlərini təhlükəsiz hiss etməsinə “kiçik töhfə” hesab edib. Videoda nazirin açıq sinəsi və üzündə təbəssüm görünür.
Mədəniyyət naziri bir növ "mükafat" sayılan- "Fag hag-2024" titulunu aldı. Bu termin qadının gey və biseksual kişilərin yanında çox vaxt keçirməsi deməkdir.
"Bu mənim üçün böyük şərəfdir" deyə Jaffery titulunu şərh edib.
Norveçin baş naziri Jonas Gahr Store mədəniyyət nazirinin hərəkətini müsbət qiymətləndirib.
“Lubna özünə güvənən, azad və gözəl insandır. O, məmnuniyyətlə ölkədəki mədəni tədbirlərdə iştirak edir, dünən də Osloda idi. Mən hesab edirəm ki, o, hər şeyi düzgün edib”– deyə baş nazir jurnalistlərə müsahibəsində öz fikirlərini bölüşüb.