Hər il böyük maraqla qarşılanan və bir çox şirkətin, yüzlərlə insanın iştirak etdiyi 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” bu il də ənənəsinə sadiq qalaraq, möhtəşəm təşkil olunub.İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə keçirilən sərginin tərəfdaşlarından biri də gənclərin sevərək içdiyi “Coffee ’nJoy” dur.24-26 iyun tarixində “Bakı Ekspo Mərkəzi”ndə baş tutan sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub.Sərgidə iştirak edən gənclər şirkətlərin iş mühiti tanış olub, gələcək karyeraları üçün onları maraqlandıran sualları veriblər. Gənclərin təhsili, fərdi və karyera inkişafını prioritetlərindən hesab edən “Coffee ’nJoy” mütəmadi olaraq, gənclər üçün təşkil edilən tədbir və sərgilərə dəstək verir.Adıçəkilən marka onları motivasiya etmək, yeniliklərə gedən yolda ruhlandırmaq üçün həyata keçirilən layihələrdə yaxından iştirak edir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта