RU

Damlanın prodüserindən İranda etirazlara səbəb olan konsertlə bağlı AÇIQLAMA - VİDEO

Məsumə Məmmədovanın (Damla) prodüseri müğənninin İranın Ərdəbil şəhərində konsert verdiyi salonun yerli prokurorluq tərəfindən möhürlənməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Yenilik.az bildirir ki, bu barədə Oxu.Az-a danışan Şamil İbrahimov bildirib ki, müğənni Ərdəbilə konsert üçün yox, toy məclisində iştirak etmək üçün gedib:
"Ərdəbilə konsert verməyə getməmişdik. Açıq havada toy mərasimi keçirilirdi. Orada iştirak etdik. Damla xanım hicabda olub. Hava Limanından çıxdıqdan sonra hicabsız olub. Yayılan məlumatlar yanlışdır. Biz orada heç bir problem yaşamadıq. Qayda pozuntusuna da yol verilməyib".
Ş.İbrahimov hazırda Məsumə Məmmədovanın Bakıda olduğunu vurğulayıb:
"Damla xanım Bakıdadır. Hər şey qaydasındadır".

Избранный
183
3
yenilik.az

10Источники