RU

Valideyn məktəbə gəlmirsə, məktəb evə getməlidir..Və ya necə ideal məktəb yaradaq? - MÜSAHİBƏ

Bu gün bütün dünyada tətbiq edilən və 200 ildən çox yaşı olan məktəb modeli ilk dəfə şərqi Almaniyada yaranıb. Bunu söyləyən  25 il təhsildə müxtəli vəzifələrdə çalışan Samir Həsənov Anews.az-a müsahibəsində Azərbaycanda ideal məktəbin yaradılması yolları barədə fikirləri ilə bölüşüb. 

 

Onun sözlərinə görə, almanlar XYIII əsrdə Napoleona uduzandan sonra güclü məmur institutu yaratmaq qərarına gəlir və bu məqsədlə müasir məktəb modelinin əsasını qoyurlar. O zamandan bəri dünya tarixində 4 sənaye inqilabı olub və hər birində müəyyən zərurətlər yaransa da bu məktəb modeli olduğu kimi qalıb. 

 

Samir Həsənov bildirir ki, Almaniyada yaranan bu məktəb modeli daha sonra Şimali Amerika kontinenti və Avropada inkişaf edbr, Avropadan Türkiyəyə və Türkiyədən Azərbaycanda tətbiq olunmağa başlayıb.

 

Onun fikrincə, ideal məktəb yaratmaq üçün ilk öncə cəmiyyətin ehtiyaclarını müəyyənləşdirmək lazımdır. 

 

"Bizim nəyə ehtiyacımız var? O ehtiyaclar müəyyən olunduqdan sonra məzmun hazırlanmalıdır. Bu gün dünyada təhsilin yoxlanması üçün bir sıra sistemlər var. Onlardan biri də PİSA dəyərləndirmə sistemidir. PİSA-nın yoxladığı çox sadə və bəsitdir. Tək bir ölçüm var. O da şagirdin məktəbdə öyrəndikləri ilə həyatdakıların nə dərəcədə uzlaşmasıdır. Bizim məktəbdə verdiyimiz həqiqətən də gələcəkdə şagirdin həyatında lazımdırmı? Bəzən şagirdlərə lüzumsuz məlumatları verməyə məcbur oluruq. Dünyanın tələbi isə ayrıdır. Şagirdləri biz öz zamanımıza deyil, onların zamanına  hazırlamayılıq», - Həsənov əlavə edib. 

 

Azərbaycanda 60-70% insan oxuduğunu anlamır

 

"Azərbaycanda PİSA ölçüm sistemində ortaya çıxan nəticə budur ki, 60-70% insan oxuduğunu anlamır.. Bu faicədir. Oxuya bilməmək problemdir. Amma oxuduğunu anlamamaq faciədir. Əmək bazarı üçün müətəxəssis yetişdirə bilmirik. 4 il universitet bitirir. Daha sonra gənclər 5-6 ay kursa getdkdən sonra nəsə öyrəndiklərini deyirlər”, - Həsənov qeyd edib.


Ekspert söyləyir ki, əgər bir uşaq 70 kq qaldıra bilirsə onu 100 kq qaldırmaqla zorlamaq səhv nəticələrə gətirə bilər. Samir Həsənov şagirdlər arasında olan intiharları məhz bu səbəblə əlaqələndirir.

Samir Həsənov hesab edir ki, hansısa ölkənin təhsil modelini Azərbaycana gətirib tətbiq etmək uğurlu ola bilməz.

"Dünyada 2 cür təhsil sistemi var. Biri lokal, biri də qlobal. Cambrige və İB bunlar qlobaldır. Dünyanın bütün ölkələrində uyğunlaşa bilən sistemlərdir. Amma lokal olan uğurlu modellər var. Fin,Yapon Sinqapur modelləri uğurlu modellərdir. Bunları hansısa ölkəyə daşımaq olmur. Onların üstünlüklərindən öz təhsil modelimizə uyğunlaşdırma etmək olar. Amma orada uğurludur, gətirək burada tətbiq etsək uğurlu olacaq deyilən bir şey yoxdur”, - Həsənov söyləyib.


Azərbaycanda 12 illik təhsil sisteminə keçməyin vaxtı çatıb.


Ekspertin fikrincə, orta məktəblərdə təhsil pilləsinin 11 il qalmasının qüsurları var. Uşaqları 5 yaşından təhsilə cəlb edib təhsil pilləsini 12 il etmək daha yaxşı olar. 

 

"Aparılan tədqiqatlar onu göstərir ki, uşaqların beyin inkişafı 36-60 ay ərzində baş verir ki, bu da 3-5 yaşlı uşaqlara aid dövrdür. NASA uşaqların kreativliyi və təxəyyülü üzrə test aparıb. 5 yaşda uşaqlar 95% yüksək nəticə göstərib. 10 yaşına qədər uşaqlarda bu rəqəm 60% təşkil edib. Ən zəif nəticə 30 yaş üzərində olan şəxslər yığıb ki, bu da 2% olub”, - ekspert deyib.

 

Onun fikrincə, hələlik Azərbaycan məktəblərində 9-cu sinifə qədər dövlət standartı tətbiq edilməli, 10-11 siniflərdə məktəb rəhbərlərinə kurikulum müəyyən etmək azaldığı verilməlidir.  Dərs yükü sektora görə sistemləşməli, həmçinin bu qruplara görə dəyişməlidir.  Bir sözlə məktəblərə akademik sərbəstlik verilməlidir.

 

600 bal yığmaq  şagirdin uğur meyarı deyil

 

Samir Həsənovun fikrincə, ancaq 600 bal yığan şagirdi uğurlu adlandırmaq olmaz.

 

"Uğur bir uşağın 600 bal toplaması deyil, bir uşaq üzgüçülükdə, biri rəssamlıqda, biri ədəbiyyatda uğurlu ola bilər. Bu yanaşmamız uşaqlarımızı məhv edir”, - Samir Həsənov əlavə edib.

İdeal məktəblərin ideal müəllimləri olmalıdır

 

Təhsil eksperti hesab edir ki, müəllim maaş xətrinə işləməməlidir.

 

"İdeal məktəblərin ideal müəllimləri olmalıdır. Müəllimin bBu mənim işim deyil yanaşması olmamalıdır. Mənim işlədiyim zamanlarda tualet təmizləmiş günlərim olub. İşçi gələnə kimi kimsə gəlib səliqəsizlik görərsə nə düşünər yanaşması ilə bunu etmişəm. Rəhbərdə həssaslıq varsa, məsələn özü əyilib bir zibili götürüb atırsa və bunu şagirdlərin yanında edirsə bu yaxşı nümunədir. Bu proses zamanla formalaşır”, - Həsənov söyləyib.

 

Ekspert təklif edir ki, müəllim dövlət məmuru status alsa ona verilən dəyər arta bilər

 

Onun fikrincə, müəllimə məmur statusu verilməlidir.

 

"Sovet dövründə müəllim adının ciddi səviyyədə bir mənası var idi. Kəndlərdə, rayonlarda ən yaxşı evlər müəllimlərin idi. O cəmiyyətin bir nömrəli adamı müəllim idi. Bu tək maaşa bağlı məsələ deyil. Müəllimə dövlət məmuru statusu verilməlidir. Dünyada bunun modelləri var. Bizdə niyə olmasın ki? Bizdə gənc müəllimlər var. Biri replə tarix danışır, gedib çəkirlər, ictimailəşdirirlər. Ancaq subay və gənc olanlar bu formada çalışır. Yanaşma hamıda dəyişməlidir”, - ekspert deyib.


Bir müəllim bir məktəbdə 3-5 ildən artıq qalırsa orada dəyişiklik ola bilməz

 

Həsənovun fikrincə bir müəllimin və ya direktorun bir məktəbdə 5 ildən çox qalması Azərbaycan təhsil sisteminin ən böyük qüsurlarındandır.

 

"Bir müəllim və ya direktor 3-5 il olduğu yerdə qalırsa artıq orada onun deyə biləcəyi yeni söz yoxdur. Amma getdiyi yeni yerdə bu məlumatlar həmin məkanın məktəbi üçün yenilik ola bilər. Müəllim və direktorlar mütləq 3-5 ildən bir rotasiya olunmalıdır. Şərait qurularsa müəllimin getdiyi yerdə ev qayğıları uşağının təhsil problemi olmazsa ciddi şəkildə o problemlər həll olunarsa bu  fayda verər”, - Həsənov əlavə edib.


Əgər valideyn məktəbə gəlmirsə, məktəb ailəyə getməlidir.


Hazırda Azərbaycan məktəblərinin problemlərindən biri məktəb və valideynlər arasında anlayışın olmamasıdır. Samir Həsənov deyir ki, dünyanın hər yerində uşaq məktəbə ailədə tərbiyə olunmuş formada gəlir. Əgər baza ailədə qoyulubsa, məktəb onun üzərinə nəsə qoya bilir. Odur ki, məktəb ailə ilə sıx təmas saxlamalıdır. Valideyn məktəbə gəlmirsə, müəllim ailəyə getməlidir.

 

"Uşaq ailənin güzgüsüdür. Bayramlarda müəllimlər uşaqların evinə getməlidir. Məktəb ailə bötövlüyü olmalıdır. Əgər ailə məktəbə gəlmirsə, məktəb ailəyə getməlidir. Şagird görəndə ki, valideyni ilə müəllimi bir masada oturur o şagirdin valideyndən gizlədəcəyi bir şey ola bilməz. O birlik uşaq üzərində ciddi təsir yaratmağa kömək edir. Əgər məktəblə valideyn arasında bir boşluq varsa uşaq evdəkini məktəbdən, məktəbdəkini də evdən gizlədə bilir. Hər bir şagirdə xüsusi yanaşmaq lazımdır. Sinif rəhbəri ayda 3-4 şagirdin evinə getməlidir. Belə olarsa ailə-məktəb münasibətləri arasında yaranan problem həll edilə bilər”, - ekspert bildirib.

Azərbaycan dərsliklərinin dili qəlizdir


Samir Həsənovun fikrincə, məzmun baxımından Azərbaycanda dərsliklər həddindən artıq lüzumsuz informasiya ilə yüklənib.

 

"Gəlin cambrige (red- international bakaloriya) sistemi ilə oxuyan şagirdin dərslikləri ilə bizimkiləri müqayisə edək. Məsələn ingilislər adi uçbuçağı öyrədərkən 3-cü sinifdə göstərir ki,müstəvidə 3 nöqtə var onları birləşdirəndə üçbuçaq olur.  4-cü sinifdə onun tərəflərini, 5-ci sinifdə sahəsini öyrədir. Modul getdikcə genişlənir və uşaq 9-cü sinifə çatanda üçbucaq haqqında onda bütövr informasiya, bilik formalaşır Biz nə edirik? 3-cü sinifdə göstəririk ki, bu üçbuçaqdır, bu tərəflərdir, bu sahəsidir və s . Bir sözlə Cambrige sisteminin 9 ildə öyrətdiyini üçüncü sinifdə şagirdin beyninə cəmləməyə çalışırıq. Nəticədə uşaq üçbucaq barədə heç nə bilmir. Sonra repititor məsələsi ortaya çıxır. Təklifim odur ki,dərsliklər və təhsil proqramı sadələşdirilsin”, - Həsənov deyib.


Təhsildə nepotizm yolverilməzdir


Samir Həsənovun fikrincə, hazırda Azərbaycanın təhsil sistemi 3 faktor əsasında uğurlu ola bilər. 


"Təhsil 3 faktor əsasında uğurlu ola bilər. Birincisi ləyaqətdir (layiqli insanlar təhsildə çalışmalıdır), İkincisi şəffaflıqdır ( mütləq hesabatlılıq olmalıdır), üçüncüsü azad fikrə hörmətdir ( yeniliyə açıq olmaq). Əgər mən qərara alsam, mən təsdiq etsəm sabah mənim müəllimim bunu etməyəcək. Müəllim qərarlarda pay sahibi olmalıdır. Bu olandan sonra rahat deyə bilərik ki, qərarı birgə vermişik. Təhsil işçilərini o qərarlara cəlb etmək vacibdir. Ən azı bu kimi məsələləri onlarla müzakirə etmək lazımdır.  Desinlər Amerikadan bu sistemi gətiririk, bunu ölkədə müzakirə etmək istəyirik. Hörmətli təhsil işçiləri ilə toplantılar, seminarlar, müzakirələr keçirib bunu icra etmək olar. Kollektiv şüur budur”, - o deyib.


Samir Həsənovun fikrincə, məktəb öncə şəxsiyyət sonra kadr yetişdirməlidir.

 

Məktəblərdə sosial aktiv layihələrin icrası vacibdir


Samir Həsənovun fikrincə, şagirdlərin sosial layihələrə cəlb edilməsi onlarda humanizmin yaranmasına kömək edir.

 

"Bayramlarımız, tarixi günlərimiz məktəblərdə qeyd olunmalıdır. Kreativ layihələr hazırlanmalıdır. Məsələn Beynəlxalq qadınlar günü şagirdlər küçə təmizləyən qadınları təbrik etmək, Qurban bayramında müəllimləri ilə yığışıb uşaq evlərinə sovqat aparmaq və ya evdə hazırladıqlarını məktəb yarmarkalarında satıb yığılan pula qocalar evi, uşaq evləri üçün hədiyyələr almaq kimi layihələr uşaqlarda humanizmin yaranmasına çox kömək edə bilər”, - ekspert bildirib.

 

Onun fikrincə, şagirdlərin dərsdən sonra idmanla məşğul olması da çox vacibdir.

 

"Bununla bağlı dərnəklər olmalıdır. Uşaqlar komanda oyunlarına cəlb edilməli, uşaqların qabiliyyətinin aşkara çıxalrılması üçün bütün proseslər icra olunmalıdır”, - Həsənov əlavə edib.

SSRİ zamanının yay düşərgələri ənənəsi bərpa edilməlidir

 

Samir Həsənovun fikrincə, SSRİ dövründə təşkil olunan yay düşərgələrini bərpa etmək üçün Elm və Təhsil Nazirliyinin xüsusilə regionalarda yaxşı imkanları var.

 

"Məsələn hər məktəbin uğurlu tələbələrini seçib həmin düşərgələrə göndərə bilərlər. Yaxşı oxumayan uşaqları idman qabiliyyətləri üzrə düşərgələrə yönləndirmək olar. Hər kəs oxuyaq deyə bir qayda yoxdur. Belə bir sistem də yoxdur. Ən böyük problemimiz kollektiv oyunlarımızın olmamasıdır. Çinlilərin ənənələri var. Kollektiv oyunları var. Bir birini tamamlama oyunları var. Yaxşı oxuyanları bir yerə, yaxşı futbol oynayanları futbol camp-larına yığsınlar. Hər kəsin qabiliyyəti kəşf olunsun. Məncə bütün idman federasiyaları bu işdə maraqlıdır. Nazirliyin bazasında bu prosesləri icra edən camplar da var”, - ekspert bildirib.

Gülnar Nazimqızı

N.Təbrizli


www.anews.az

 

 

Избранный
317
50
anews.az

10Источники