"Qarabağ" yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşəcək.
News24.az Metbuat.az-a istinadla xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Ağdam təmsilçisinin Tirolda 4 yoldaşlıq oyunu nəzərdə tutulub.
Qurban Qurbanovun komandası iyulun 9-da Bakı vaxtı ilə saat 14:30-da Almaniya 2-ci bundesliqa təmsilçisi "Kaiserslautern" (Almaniya), həmin gün saat 20:00-da isə Çexiyanın yüksək liqasında yarışan "Viktoria Plzen" klubları ilə üz-üzə gələcək.
Növbəti yoldaşlıq oyunlarındakı rəqibləri və matçların vaxtı barədə daha sonra məlumat veriləcək.