“Qarabağ”ın yay təlim-məşq toplanışının proqramı dəqiqləşib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda iyulun 5-də Avstriyaya yola düşəcək.
Azərbaycan çempionunun Tirolda 4 yoldaşlıq oyunu olacaq. Rəqiblərdən ikisi məlumdur.
Komanda iyulun 9-da saat 14:30-da “Kayzerslautern” (Almaniya), həmin gün saat 20:00-da isə “Viktoria Plzen” (Çexiya) klubları ilə üz-üzə gələcək.
Digər yoldaşlıq oyunlarındakı rəqiblər və həmin matçların vaxtı hələ bəlli deyil.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта