RU

Azərbaycanda elektrik enerjisinə onillik tələbat proqnozu hazırlanacaq

Azərbaycana elektrik enerjisinə onillik tələbat proqnozunun hazırlanması və hər il yenilənməsi nəzərdə tutulub.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Elektrik şəbəkəsinə dair Qaydalar”da öz əksini tapıb.

Qaydalara əsasən, proqnozu sistem operatoru hər il fevralın 15-nə qədər hazırlayıb razılaşdırmaq üçün tənzimləyiciyə təqdim etməlidir. Tənzimləyici rəy və yaxud təkliflər verdikdə onlar nəzərə alınmaqla sistem operatoru 15 gün ərzində sənədi yenidən işləyib mayın 20-nə qədər razılaşdırmalıdır.

Həmçinin razılaşdırılmış layihə sənədlərini sistem operatoru razılaşdırma başa çatdıqdan sonra 3 gün ərzində, lakin iyunun 1-dən gec olmayaraq təsdiq edib əsaslandırma materialları ilə birlikdə Tənzimləyiciyə və Energetika Nazirliyinə təqdim edəcək və mətni açıqlayacaq.

Избранный
149
10
banker.az

10Источники