"Birinci səbəb elə Ermənistan özüdür. Hakimiyyətə kim gəlir gəlsin, Ermənistan heç vaxt müstəqil siyasət yürütməyib. Yürütdükləri siyasət də qonşu ölkələrlə münasibətlərə mənfi təsir göstərib. Erənistandan həmişə müəyyən dövlətlərin maraqlarını Qafqazda təmin edən dövlət olub. Hətta mən deyərdim ki, erməni xalqının yox, məhz havadarlarının istəyini yerinə yetirən bir dövlət olub. Əvvəl Ermənistan Rusiyanın maraqlarından çıxış edərək, Azərbaycanın ərazilərini işğal etmişdi. Sonra isə Ermənistanda Qərb meyilli rəhbərin hakimiyyətə gəlməsi və artıq regionda Rusiyanın yox, Qərbin maraqlarını təmin etməsi, vəziyyəti gərginləşdirdi. Şair Ramaldanov deyib ki, indi də Qərb ölkələri öz maraqları üçün İrəvandan istifadə edirlər:Rusiyanın maraqlarına qarşı çıxan Qərb Qafqazda öz maraqlarını təmin etməyə başladı. Ona görə də, Ermənistan məhz Qərb, xüsusən Fransa tərəfindən silahlandırılır. Artıq il yarım ərzində 36 ədəd özüyeriyən haubitsanın İrəvana verilməsi ilə bağlı müqavilə bağlanıb. Məsələ burasındadır ki, Ermənistanın iqtisadi durumu yüz milyonluq silahları ala biləcək vəziyyətdə deyil. Deməli, bu texnika və silahlar hansısa fondlar tərəfindən İrəvana gətirilir. Sabah o silahların hansı istiqamətdə istifadə ediləcəyi də sual altındadır. Nəzərə alsaq ki, Ermənistan Türkiyə, İran və Rusiya kimi böyük dövlətlərlə həmsərhəddir, münaqişənin məhz Bakı ilə İrəvan arasında alovlanacağı istisna edilmir". Mövzu ilə bağlı danışan deputat Azər Badamov iki ölkə arasında sülh sazişi bağlanmadığı üçün savaş ehtimalının həmişə olduğunu düşünür:
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmadığından, yenidən savaşın baş vermə ehtimalı həmişə qalmaqdadır. Tarix göstərir ki, hətta bir-birinə hücum etməmək haqqında sənəd imzalayan ölkələr də, zaman keçəndən sonra digərinin ərazisini işğal etmək üçün qəfil müharibəyə başlamışdır. Məsələn, 1941-ci ildə aralarında saziş olmasına baxmayaraq, faşist Almaniyası SSRİ-yə qəfil hücum etdi. Ona görə də, tarixdə baş verən belə hadisələri həmişə diqqətdə saxlamalı və hərbi gücümüzü daha da artırmalıyıq. Bu baxımdan, Ermənistanın ölümcül silahlarla silahlanması, gələcəkdə yenidən müharibə olma ehtimalını da artırır. Bu gün isə Ermənistanın Azərbaycanla müharibə etmək ehtimalı çox aşağıdır".Deputatın sözlərinə görə, Ermənistan sülh müqaviləsinin imzalanmasını ləngitsə də, Azərbaycanın irəli sürdüyü təklifləri yavaş-yavaş qəbul etməyə başlayıb:"Belə ki, bu gün iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün ən böyük maneə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Amma bu gün Ermənistanda konstitusiya günü ilə bağlı xalqa müraciətində Nikol Paşinyan konstitusiyanın dəyişdirilməsinin qaçılmaz olduğunu bildirmişdir. Əgər Ermənistan tezliklə referedum keçirərək müvafiq dəyişikliyi edərsə, ölkələrimiz arasında sülh müqaviləsi ən qısa zaman kəsiyində bağlana bilər. Amma sülh müqaviləsi bağlansa belə, ehtiyatımızı əldən verməməli və hərbi üstünlüyümüzü həmişə diqqətdə saxlamalıyıq. Çünki Cənubi Qafqazda sülhün davamlı olması və yenidən müharibənin baş verməməsinin yeganə sığortası ancaq Azərbaycandır".Cavidan Mirzəzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.