RU

Körpə Lamin Yamalın Lionel Messi ilə şəkli gündəm oldu

“Barselona” və İspaniya yığmasının vingeri Lamin Yamalın atası oğlunun əfsanəvi argentinalı ulduz hücumçu Lionel Messi ilə şəklini paylaşıb.

Arena.az məlumat verir ki, ləyəndə çimdirilərkən gülümsəyən körpə Yamalın onu təbəssümlə seyr edən Lionel Messi ilə şəkli bir andaca gündəmə çevrilib.

Xatırladaq ki, argentinalı ulduz 2002-2021-ci illərdə “Barselona”da oynayıb.

16 yaşlı yeniyetmə Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 12 oyun keçirib, 2 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
110
5
arena.az

10Источники