RU

İlqar Məmmədov imza yığmağa başladı – Asim Mollazadə ilə rəqib olur?

“Dünən imza vərəqələrini də aldım. 22 saylı Nəsimi-Yasamal dairəsində yaşayan 450 vətəndaşın imzasını toplayandan sonra adım səsvermə bülletenində olacaq”.

“AzPolitika” xəbər verir ki, bunu REAL partiyasınn sədri İlqar Məmmədov öz "facebook" səhifəsində bildirib.

“Siz hansı dairədə qeydiyyatdasınız? Bunu bilmək istəyirsinizsə şərhdəki MSK saytına keçid edib yoxlaya bilərsiniz. Nəsimi-Yasamal dairsəndə seçicisinizsə, ofisimizə də gəlib imza qoya bilərsiniz”, - o, sakinlərə müraciət edib.

Qeyd edək ki, həmin seçki dairəsindən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bir neçə dəfə deputat olub. Mollazadə 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyini hələ ki, açıqlamayıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
3
azpolitika.info

4Источники